23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu,  Gənclər və İdman Nazirliyi və  Futbol Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə futbolçuların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub. 29-30 iyun tarixlərində mərkəz 45 futbolçunu qəbul edib. 

 Ağbulaq İstirahət Mərkəzində futbolçuları mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İdmançılara məlumat verilərək bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. 2013-cü ildə istifadəyə verilən mərkəzin ərazisi 3,5 hektardır və 3 yaşayış korpusundan, 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq var. 

Nahar yeməyindən sonra pro­qrama uyğun olaraq futbolçular müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunların ardınca “Ağbulaq” bulağına yürüş keçirilib. Sonra vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filminin nümayişi futbolçularda xoş təəssüratlar yaradıb.
Növbəti gün futbolçular müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar. Mərkəzin stadionunda mini-futbol yarışı keçirilib. Nahar yeməyinin ardınca futbolçular üçün əyləncəli saat təşkil edilib. Əyləncəli saatda yeniyetmə idmançılara bir-birindən xoş musiqi nömrələri təqdim olunub. Dünən axşam saatlarında isə federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
İkigünlük istirahət mərkəzdə olan idmançılarda razılıq doğurub. Onların təəssüratlarını öyrəndik. Mirhüseyn Seyidov bildirdi ki, onların istirahəti proqrama uyğun olaraq təşkil edilmişdi. İki gün ərzində tədbirlərə qatılıblar və bu da futbolçuların istirahətlərinin səmərəli təşkil olunmasında mühüm rol oynayıb.
Pərviz Oruclu da həmkarı kimi futbola çox maraqlıdır. Bir müddətdir, bu idman növü ilə məşğul olan yeniyetmə futbolçu istirahət vaxtı fürsətdən istifadə edib tele­viziyadan oyunları da izləyib. O, istirahət mərkəzində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını bildirdi.
Qeyd edək ki, cari il mart ayı­nın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR