23 Dekabr 2024, Bazar ertəsi

Cari ilin mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçi­rilən müşavirədə muxtar respublika rəhbəri­nin tapşırıqlarına əsasən hər həftə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 26-27-də Ağbulaq İstirahət Mərkəzində 45 şahmatçının istirahəti təşkil edilib.
Naxçıvan şəhərindən ayrılmış avtobuslarla Ağbulaq İstirahət Mərkəzinə yola düşən zəka sahiblərini mərkəzdə təşkilatçıların nümayəndələri qarşılayıblar. Burada şahmatçılara mərkəz haqqında geniş məlumat verilib. Tanışlıqdan sonra zəka sahibləri nahar yeməyinə yollanıblar. Proqrama uyğun olaraq şahmatçılar daha sonra təşkil edilmiş oyunlarda iştirak ediblər. Xüsusilə şahmat turniri böyük marağa səbəb olub. Turnirdən sonra idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar. Şam yeməyinin ardınca isə federasiyanın idmançıları üçün vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib.

Növbəti günə səhər gimnastikası ilə başlayan şahmatçılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər. Onlar arasında təşkil edilən futbol yarışı da yaddaqalan olub. Nahar yeməyindən sonra idmançıların Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Federasiyanın sədr müavini Emin Hacı­yev şahmatçıların mərkəzdə istirahəti ilə bağlı bizimlə söhbətində vurğuladı ki, belə tədbirlərin təşkili idmançılarda əlavə motivasiya yaradır. Şahmat elə bir idman növüdür ki, hər zaman bu idman növü ilə məşğul olanların belə iştirahətlərə ehtiyacı olur. Zəka sahiblərimizin bəziləri mərkəzə ilk dəfədir, gəlirlər. Mərkəzdə idmançılar üçün yaradılan şəraitə görə şahmatçılar adından dövlətimizə minnətdarlığımızı bildiririk.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR