23 Dekabr 2024, Bazar ertəsi

Martın 17-də 21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Nəqşicahan” restoranında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi ­Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, muxtar respublikada yaşayan daun sindromlu insanların sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan uşaqlara müxtəlif sosial reabilitasiya xidmətləri göstərilir, həmçinin onların valideynləri ilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Tədbirin bədii hissəsində “İnam“ musiqi qrupu konsert proqramı ilə çıxış edib.
Sonda daun sindromlu 69 nəfərə bayram hədiyyələri təqdim edilib.
Valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Daun” adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkimin – Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Daun sindromlu insanların sosial problemlərini öyrənmək və onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 2011-ci ildə 21 mart tarixini “Ümumdünya Daun Sindromlu İnsanlar Günü” elan edib.
21 mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü hər il muxtar respublikada da qeyd olunur.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR