23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Yeni il şənliyi keçirilib. Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı, Estetik Tərbiyə Mərkəzinin rəqs qrupu mahnı və rəqs nömrələri ilə uşaqlara xoş dəqiqələr bəxş ediblər. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorları isə müxtəlif tamaşalardan səhnəciklər göstəriblər.
Şənlikdə iştirak edən Şaxta baba, Qar qız uşaqlarla rəqs edib, şən nəğmələr səsləndiriblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR