23 Dekabr 2024, Bazar ertəsi

Bənzərsiz Naxçıvan təbiəti bütün fəsillərdə onun pərəstişkarı olanları heyran edir, valehedici gözəlliyi ilə seçilir. Baharda çəmənlərin gülü-çiçəyi, yayda qızılı rəngə bürünmüş tarlalar, payızda sarı-qırmızılı bol məhsullu meyvə bağları görənlərə xoş  təəssüratlar bəxş edir. Qış fəsli isə Naxçıvan torpağına ayrı bir gözəllik, ayrı bir füsunkarlıq gətirir. Hər tərəf ağappaq qarla örtülür, göz işlədikcə uzanan bəyaz donlu çöllərin valehedici  sükutu insana rahatlıq, dinclik verir.

Bu qış əvəllki illərlə müqayisədə üzünü daha sərt göstərir. Artıq iki aya yaxındır ki, insanlar bənzərsiz qar mənzərələrinin tamaşaçısına çevriliblər. Parklarda, xiyabanlarda həmişəyaşıl ağaclar şaxta-sazaq qarşısında təslimiyyət bayrağını qaldırıb, ağ qırovdan parlaq libasa bürünüblər. Sanki Günəş də soyuq havada donub qalıb. Arabir buludların arxasından parlayıb, yenidən qeybə çəkilir, öz vaxtını-vədəsini səbrlə gözləyir.

Şaxtalı günləri öz isti iş otaqlarında, hər cür kommunal xidmət şəraiti olan  evlərində keçirən insanlara isə soyuq qış fəslinin gözəlliklərindən həzz almaq qalır. Elə buna görədir ki,  qar yağar-yağmaz insanlar gəzintiyə çıxır, asudə vaxtlarını qar mənzərəli məkanlarda keçirirlər. Bəli, şərait olan yerdə  hər fəsil gözəldir. 

                                                                                                          Səbuhi Hüseynov


 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR