Şahbuz şəhərindəki Ahıllar evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə konsert təşkil edilib.
Konsertdə bir-birindən rəngarəng mahnı və musiqilərlə Naxçıvan Musiqi Kollecinin Qədim musiqi alətləri ansamblı ahılları sevindirib.
Konsertdə bədii rəhbəri Cəlil İsmayılov olan ansamblın ifasında “Sarı gəlin”, “Qara qaşın vəsməsi”, “Aşiqəm”, “Uca dağlar”, “Gilənar”, “Daşlı qala”, “Ay dili-dili” və digər xalq mahnılarımız səsləndirilib. Ansamblın üzvlərindən Əbülfəz Məmmədovun, Mürsəl Tağılının, Yamin Vəliyevin, Samir İsmayılovun ifaları ahıllarda xoş ovqat yaradıb.
Bir saatdan artıq davam edən və şən musiqi nömrələri ilə zəngin olan konsert proqramı Əbülfəz Məmmədovun ifa etdiyi “Şur” təsnifi ilə yekunlaşıb.
Xəbərlər şöbəsi