23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın demo­qrafik inkişafına paralel olaraq əhalinin məşğulluğunun artırılması üçün elmi surətdə əsaslandırılmış dövlət proqramlarının həyata keçirilməsi uğurlu nəticələrlə yadda qalıb.

Şərur Rayon Məşğulluq Mərkəzinin keçirdiyi növbəti əmək yarmarkasında bu barədə ətraflı danışılıb.

Şərur şəhərində təşkil olunan tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Məmməd Məmmədov deyib ki, əhalinin işlə təmin olunması üçün ən çevik tədbirlərdən sayılan əmək yarmarkalarının keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Təkcə ötən il Şərurda keçirilən 2 əmək yarmarkasına idarə, müəssisə və təşkilatlardan 577 boş iş yeri çıxarılıb, yarmarka vasitəsilə 71 nəfər müxtəlif sahələrdə daimi işlə təmin olunub. Eyni zamanda muxtar respublika Təhsil və Səhiyyə nazirlikləri ilə birgə keçirilmiş əmək yarmarkalarında da onlarla rayon sakini ixtisasına uyğun işə göndəriş ala bilib.
Məmməd Məmmədov bildirib ki, yarmarkada 39-u özəl olmaqla, 47 təşkilatdan 313 boş iş yeri işaxtaranlara təklif olunur.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda insan amili diqqətdə saxlanılan məsələlərdəndir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdı­rılmasına ciddi fikir verilir, bu istiqamətdə rayonda ardıcıl tədbirlər həyata keçirilir. Yeni yaradılan sənaye və istehsal müəssisələri, aqrar sahənin inkişafı, tikinti-quruculuq işlərinin həcminin artması, xidmət şəbəkələrinin genişlənməsi işaxtaran vətəndaşların işlə təmin olunmasına şərait yaradıb. Hazırda rayonda bir neçə iri tikinti layihəsi həyata keçirilir və burada onlarla sakin daimi və müvəqqəti işlərlə təmin olunub. Təhsil, mədəniyyət, səhiyyə müəssisələrində, özəl sektorda ali və orta ixtisas təhsilli gənclərə, müxtəlif peşə sahiblərinə ehtiyac vardır. Bu gün yarmarkaya həmin təşkilatlardan boş iş yerləri çıxarılıb.
Əmək yarmarkasında 42 nəfərə işə göndəriş verilib, 3 nəfər peşə hazırlığı kurslarına göndərilib.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR