23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin dayanıqlı inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaranların sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər Kəngərli rayonunda da diqqət mərkəzində saxlanılıb.
Rayonda sahibkarlığın inkişafı yeni iş yerlərinin açılmasına və əhali gəlirlərinin artmasına öz təsirini göstərib. Adıçəkilən dövlət proqramının uğurlu icrası nəticəsində 2016-cı ildə rayonda 178 yeni iş yeri yaradılıb ki, bunun da 174-ü və ya 97,8 faizi daimi iş yeridir. Kəngərli Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 2016-cı il ərzində rayonda 282 nəfər işaxtaran vətəndaşdan 264 nəfəri işlə təmin olunub. 27 nəfər peşə hazırlığına cəlb olunub, 22 nəfər ictimai işlərə göndərilib. Məlumatda o da qeyd olunur ki, ötən il rayonda 2 əmək yarmarkası keçirilib, 53 şəxsə göndəriş verilib, 50 nəfər işlə təmin olunub. Naxçıvan şəhərində təhsil və səhiyyə işçiləri üçün keçirilən yarmarkalarda rayon sakinlərindən 47 nəfəri Kəngərli rayonunun təhsil və səhiyyə müəssisələrində daimi işlə təmin edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR