23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrümüzdə bəzi insanlar tatuajın hansı fəsadlar törədəcəyinin fərqinə belə varmadan ondan geniş istifadə edirlər. Araşdırmalar nəticəsində bir daha təsdiq olunub ki, tatuaj insan sağlamlığını təhlükə qarşısında qoya, hətta xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, tatuaj insanda dəri xərçəngi, tetanos, herpes simpleks deyilən uçuq, allergik reaksiya yaradır, hamiləlikdə körpənin inkişafına mənfi təsir göstərir və anormallığa, kimyəvi reaksiya nəticəsində limfa düyünü iltihabına səbəb ola bilir, hepatit B və C xəstəliyinə yol açır.

Həkimlər tatuajdan uzaq durmağı məsləhət görürlər. Çünki tatuaj yad maddələrdən ibarətdir və bu maddələr insan bədəninə “yeriyəndən” sonra bədən həmin maddələrə əks reaksiya verir, insan orqanizmində fəsadlar törədir. Qeyri-standart maddələrin fəsadları isə daha çox ola bilər. Qeyd etdiyimiz kimi, tatuaj zamanı istifadə olunan bəzi maddələr var ki, xərçəng və digər xəstəliklərin yaranması riskini xeyli artırır.

 Bəzən insanlar sonradan peşman olduqları üçün tatuajı sildirmək qərarına gəlirlər. Lakin bu proses çox vaxt dəriyə təsirsiz ötüşmür. Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikamıza müasir tatuaj silən avadanlıq gətirilib. Bütün proseslər Gənclər və İdman Nazirliyinin tabeçiliyində olan İdman-Tibb Mərkəzində xüsusi kurslarda iştirak etmiş və sertifikata layiq görülmüş həkim, tibb bacılarının nəzarətində aparılır. Tatuajların silinməsi 2-3 seans çəkir və dəridə heç bir iz buraxmır. Bütün bunlar ödənişsiz həyata keçirilir.

Seanslarda iştirak edərək tatuajdan xilas olmaq istəyənlər Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər.


Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR