23 Dekabr 2024, Bazar ertəsi

Bu münasibətlə aprelin 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün uğurla davam etdirilir. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmalarına, onların müxtəlifsəviyyəli çempionat, turnir və yarışlarda iştirak etmələrinə hərtərəfli şərait yaradılıb. Əldə olunmuş müsbət nəticələr ölkəmizdə, eləcə də muxtar respublikamızda beynəlxalq idman yarışlarının keçirilməsinə imkan verib, uşaq və yeniyetmələrin idmana cəlbi yeni mərhələyə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi yüksək diqqət və qayğı muxtar respublikada bu sahənin inkişafına böyük töhfələr verib.

Qeyd olunub ki, 2017-ci il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən imkansız ailələrdən olan uşaq və yeniyetmələrin idman geyim və ləvazimatları ilə təmin olunmalarına diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verilib. Bu tədbirin keçirilməsi də həmin tapşırığın icrası ilə bağlıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında muxtar respublikada idmana göstərilən dövlət qayğısından, sağlam gəncliyin formalaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev idmançılara idman geyim dəsti, idman çantası və idman ayaqqabılarından ibarət hədiyyələri təqdim ediblər. İdmançılar hədiyyələrə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirə yekun vuran Azad Cabbarov onlara gələcək fəaliyyətlərində uğurlar ­arzulayıb.
Qeyd edək ki, Atıcılıq Federasiyası istisna olmaqla, digər federasiyaların hər birindən 5 nəfər olmaqla, ümumilikdə, imkansız ailələrdən olan 55 uşaq və yeniyetməyə hədiyyələr təqdim olunub.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR