23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının dinamik inkişafı nəticəsində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilən məcburi dövlət sosial sığorta haqları artıb və sosial sığorta sisteminin sürətli inkişafına zəmin yaradılıb.
Muxtar respublikamızda mütərəqqi beynəlxalq standartlara uyğun qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm bir komponenti olan fərdi uçot sistemində 2017-ci ilin ötən dövrü ərzində 4323 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu Naxçıvan şəhər şöbəsi üzrə 2059, Şərur rayon şöbəsi üzrə 826, Babək rayonu üzrə 534, Sədərək rayonu üzrə 29, Ordubad rayonu üzrə 329, Culfa rayonu üzrə 262, Şahbuz rayonu üzrə 106, Kəngərli rayonu üzrə 178 nəfərə sığorta şəhadətnaməsi verilib. Nəticədə, muxtar respublikada fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 168 min 823 nəfərə çatıb.

Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığorta­edənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
Hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Eyni zamanda aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR