23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda ailələrə yüksək dövlət qayğısı göstərilir. Ailə dəyərlərimizi möhkəmləndirmək məqsədilə ailə institutunun qorunub saxlanmasında nümunə olan ailələrdə yubiley tədbirlərinin qeyd olunması artıq ənənəyə çevrilib. Uzun­ömürlü ailələrdən biri də Culfa rayonunun Qazançı kəndində yaşayan Rəhimovlar ailə­sidir. Bu il onların evliliklərinin 70 ili tamam olur. Ailənin 6 övladı, 22 nəvəsi və 29 nəticəsi var.
Rəhimovlar ailəsində evliliklərinin 70 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova çıxış edərək Rəhimovları evliliklərinin 70 illiyi münasibətilə təbrik edib, onlara cansağlığı və firavan həyat arzulayıblar.
Vurğulanıb ki, bu gün muxtar respublikamızda yaşayan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uzunömürlü ailələrin yubileylərinin geniş şəkildə qeyd edilməsi muxtar respublikada ailələrimizə göstərilən diqqət və qayğının ifadəsidir. Belə uzun­ömürlü ailələr cəmiyyətimizdə yeni qurulan gənc ailələr üçün örnəkdir.
Sonda ailəyə hədiyyə və gül buketi təqdim olunub.
Yubilyarlar və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə min­nətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR