22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyul ayında öz fəaliyyətini komitənin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı ötən dövrdə bu kateqoriyadan olan uşaqların valideynləri ilə maarifləndirici söhbətlər aparılmış, onlar haqqında məlumat bazası yaradılmış, 2 uşaq Naxçıvan şəhərindəki 10 nöm­rəli uşaq bağçasına, 1 uşaq isə Naxçıvan Uşaq Bərpa Mərkəzinə yönləndirilmişdir.
“Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini ­Məsələlər üzrə Komissiyasının 2018-ci il üçün İş Planı”nın icrası ilə əlaqədar “Naxçıvan” Universitetində “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans keçirilmişdir. Həmçinin Gənclər Mərkəzində “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər” mövzusunda tədbir təşkil olunmuş, “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda keçirilmiş III muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq yaradılmış elektron məlumat bankına 415 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR