Ordubad rayonunun Düylün kəndində Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri Ordubad Rayon İcra Hakimiyyətinin iştirakı ilə birgə “Ətraf mühitin mühafizəsi: qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə aparılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov açaraq son illər ətraf mühitin mühafizəsi ilə bağlı ölkəmizdə, eləcə də muxtar respublikamızda görülən işlərdən danışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azər Məmmədov və Qəhrəman Qasımov, Daxili İşlər Nazirliyinin əməkdaşı Elvin Səfərli müxtəlif mövzularda çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Abbas SEYİD