22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilən islahatların davamlı­lığını təmin edib.
Hazırda muxtar respublikada yaşlı nəslin nümayəndələrinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Muxtar respublikada yaşı yüz və yüzdən yuxarı olan ahıl vətəndaşlarla görüşlər keçirilir, onlar dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunurlar.
Növbəti belə görüş Şərur rayonunun Qorçulu kəndinin 100 yaşlı sakini Fərman Sadiqovla keçirilib. Qeyd edək ki, 1941-1945-ci illər müharibəsinin iştirakçısı kimi hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Fərman Sadiqov, 2013-cü ildə dövlət tərəfindən “NAZ Lifan” markalı avtomobillə də təmin edilib.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova vurğulayıblar ki, ahılların sosial müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada ahıl vətəndaşlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir.
Sonra yubilyara hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR