22 Dekabr 2024, Bazar

İctimai nəqliyyatda əsas təhlükəsizlik şərtlərindən biri də sürücülərin reysqabağı tibbi müayinədən keçirilmələridir.
Bu istiqamətdə Dövlət Nəqliyyat Xidməti tərəfindən lazımi işlər görülüb, sürücülərin reysqabağı tibbi müayinədən keçirilmələri üçün Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində “Tibbi müayinə otağı” yaradılıb. Otaq ilkin tibbi yardım ləvazimatları ilə təmin edilib, eyni zamanda müasir standartlara uyğun Almaniya istehsalı olan alkolmetr cihazı alınıb. Burada sürücülərin reysqabağı tibbi müayinələri ümumi qaydalara uyğun həyata keçirilir. Bu zaman sürücülərin bədən temperaturu, təzyiqi ölçülür, nəbzi sayılır və nəfəsvermə havasında alkoqolun səviyyəsi müəyyən edilir.
Müayinə Səhiyyə Nazirliyinin ixtisaslı tibb işçiləri tərəfindən müəyyən olunmuş standartlara uyğun tibbi avadanlıqlardan istifadə edilməklə aparılır.
Tibbi müayinənin nəticələrinin qeydiyyatı isə sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsi tərəfindən təsdiq edilməklə həyata keçirilir.
Müayinələrin əsas məqsədi sərnişinlərin marşrutlardan rahatlıqla istifadə etməsinə zəmin yaratmaq, ictimai nəqliyyatdan istifadə edənlərin rahat və təhlükəsiz şəraitdə mənzilbaşına çatdırılmasını təmin etməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR