Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası aprel ayında da davam etdirilib. Belə ki, ötən ay aztəminatlı ailədən olan 3 qadının peşə kurslarına cəlb olunması, 2 qadının isə işlə təmin edilməsi üçün məlumatları aid orqanlara göndərilmiş, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında istedadlı qadınların əl işlərinin satışı həyata keçirilmişdir. Şahbuz şəhərində və Şərur rayonunun Aşağı Yaycı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri”, Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzularında gənclərin iştirakı ilə tədbir keçirilmiş, 575 maarifləndirici broşür paylanılmışdır.
Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi ilə bağlı açılış konfransı olmuş, aid nümayəndələrlə görüş keçirilmişdir.
Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində monitorinq aparılmış, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 7316 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud 6 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmiş, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların valideynləri və psixoloqların iştirakı ilə görüş keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş 3 uşağın uçotu aparılmış, Naxçıvan şəhərində fəaliyyət göstərən 5 uşaq bağçasında “Ağıllı uşaq” intellektual oyunu keçirilmiş, iştirak edən və qalib olan uşaqlara diplom və fəxri fərman verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti