22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayonunda növbəti əmək yarmarkası keçirilib.
Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Səfər Hüseynov vurğulayıb ki, muxtar respublikamızda əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, sərhəd bölgəsi olan Sədərək rayonunda da əhalinin məşğulluğu təmin olunub, ötən dövrdə bu sahədə uğurlu nəticələr əldə edilib.
Sonra tədbir iştirakçıları əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 8 təşkilatdan 86 boş iş yerinin çıxarıldığı tədbirdə 13 nəfərə işə göndəriş verilib.
Sakinlər qeyd ediblər ki, əmək yarmarkalarının keçirilməsi işaxtaran insanlar üçün böyük imkanlar yaradır. Onlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR