22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu fevral ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, bu məqsədlə tələb olunan vəsait fondun xəzinə hesabından yerli orqanların xəzinə hesablarına yönəldilib, pensiyaçıların şəxsi hesablarına 11 milyon 926 min manat köçürülüb. Əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər də vaxtında ödənilib, məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 275 min manat vəsait köçürülüb.
Fevral ayında pensiya hüququ yaranmış 166 vətəndaşa əmək pensiyası təyin olunub, onlardan 103-ü yaşa, 16-sı əlilliyə, 47-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının müəyyən edilən illik artım tempinə uyğun olaraq 3 faiz indeksləşdirilərək artırılıb ki, bu da muxtar respublika üzrə 48 min 900 nəfərə yaxın əmək pensiyaçısına şamil olunub. Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 172 min 309 ­sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi isə xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçirilib.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi uçot sistemində işlər davam etdirilib, muxtar respublikada əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR