22 Dekabr 2024, Bazar

Muxtar respublikada davamlı iqtisadi inkişafın təmin olunması nəticəsində ahıl vətəndaşlara göstərilən sosial xidmətlər təkmilləşdirilib, onların cəmiyyətə inteqrasiyası üçün hərtərəfli şərait yaradılıb.
Ahıllara göstərilən xidmətlərin əsasını onların tibbi-sosial reabilitasiyası təşkil edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada əmək qabiliyyətli yaxın qohumu ilə eyni yaşayış məntəqəsində yaşamayan və kənar şəxsin qulluğuna ehtiyacı olan tənha ahıllar müəyyənləşdirilərək sosial xidmətə qəbul olunur, onlara evlərində sosial məişət xidməti göstərilir. Həyata keçirilən bu tədbirlərin davamı olaraq mart ayının 30-da Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Gənclər Fondunun üzvlərinin iştirakı ilə sosial xidmət göstərilən tənha ahılların evlərinə ziyarətlər təşkil olunub. Gənclər ahıllara göstərilən sosial xidmətlərlə tanış olub, yaşayış sahələrində təmizlik və abadlıq işlərinin aparılmasında, onlar üçün zəruri ərzaq və məişət mallarının alınmasında köməklik göstəriblər. Eyni zamanda tənha ahıllara sovqatlar da təqdim olunub. Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənc­lərin tənha ahıllara göstərilən sosial xidmətlərlə tanışlığı, sosial xidmət sahələrində könüllülük fəaliyyətinin genişlənməsinin təşviqi, tənha ahıllarda yarana biləcək diskriminasiya (ayrı-seçkilik) hallarının qarşısının alınması, habelə onların sosial inteqrasiyasına nail olunmasından ibarətdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR