22 Dekabr 2024, Bazar

Aprel ayı ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada növbəti əmək yarmarkaları keçirilib.
Əvvəldən nəzərdə tutulmuş qrafik əsasında keçirilən əmək yarmarkalarında işaxtaranlara 223 idarə, müəssisə və təşkilatdan 1861 boş iş yeri təqdim edilib. Təqdim olunmuş boş iş yerlərindən 586-sı fəhlə, 1211-i qulluqçu, 64-ü xidmət sahələrini əhatə edib.
Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılıb. İşlə təmin olunanlardan 68 nəfərini gənclər, 11 nəfərini sağlamlıq imkanları məhdud şəxslər, 48 nəfərini isə qadınlar təşkil edir.
Əmək yarmarkalarında, həmçinin sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 1 nəfərin kvota (norma) yerinə göndərilməsi təmin edilib.
2019-cu ilin aprel ayında təşkil edilən əmək yarmarkalarının yekun təhlilinə əsasən məşğulluq mərkəzləri tərəfindən Naxçıvan şəhərindən 45, Şərur rayonundan 43, Babək rayonundan 30, Ordubad rayonundan 27, Culfa rayonundan 32, Şahbuz rayonundan 15, Kəngərli rayonundan 36, Sədərək rayonundan isə 13 nəfər olmaqla, ümumilikdə, 241 nəfər müxtəlif xarakterli işlərlə təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR