Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamın icrası ilə əlaqədar fəaliyyət uğurla davam etdirilib. Ərazidəki təpəliklərdə 30 hektara yaxın sahədə ağac və kolların toxum və tingləri vasitəsilə əkin işləri aparılıb. Həmçinin orta dağlıq ərazidə yerli ting və toxumlardan istifadə edərək 7 hektar sahədə yaşıllıq zolağı salınıb. Bu il, ümumilikdə, 70 hektar sahədə ərazinin yerli bitkilərinin əkilməsi planlaşdırılıb.
Görülən çoxsaylı tədbirlər nəticəsində yaşıllıq əraziləri 1990-cı illə müqayisədə 1 faizdən 20 faizədək artmasına nail olunub.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti