22 Dekabr 2024, Bazar

Bu il fəaliyyətə başlayan “DOST Mərkəzi”ndə mayın 9-dan indiyədək 45 mindən çox vətəndaşa xidmət göstərilib. Onların 75 faizi sosial xidmətlər, 14 faizi məşğulluq, 5 faizi isə əlilliklə əlaqədar olub. Müraciət edənlərin 51 faizini qadınlar, 41 faizini kişilər təşkil edib. Müraciətlərin 70 faizini yaşı 50-69 arasında olanlar təşkil edib. Mərkəzdə gözləmə vaxtı 7, xidmət göstərilmə vaxtı orta hesabla 15 dəqiqə olub.

İl ərzində “Çağrı mərkəzi”nə 168 min zəng daxil olub və xidmətin bu növündən istifadə edənlər 88 faiz halda məmnun qalıblar.

Bu barədə oktyabrın 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Virtual DOST” alt proqramının təqdimatı zamanı agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib.

 Sədr indiyədək “Könüllü DOST” proqramının üç alt proqramı barədə bəhs edərkən bildirib ki, bu il aprelin 12-də fəaliyyətə başlayan “Gənc DOST” proqramına 5200 nəfər qoşulub və əsasən 16-29 yaşlı gəncləri əhatə edir. Pensiyaçıları, yaşlı sakinləri öz ətrafında birləşdirən “Gümüşü DOST” proqramına indiyədək 183 nəfər müraciət edib və onlardan 13 nəfəri hazırda fəaliyyət göstərir. Oktyabrın 25-dən fəaliyyətə başlayan “Virtual DOST” “Gənc DOST”a daxil olan üçüncü alt proqramdır.

Agentliyin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev “Könüllü DOST” proqramının üç alt proqramı, həmçinin “Virtual DOST”, onun əhatə edəcəyi şəxslər, onların seçim üsulları, yerinə yetirəcəyi funksiyalar və digər mikrolayihələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verib.

Tədbirdə “Virtual DOST” alt proqramının “Məlumatlı ol” adlı ilk mikrolayihəsi də elan edilib. Mikrolayihə çərçivəsində ingiliscə yazılacaq məqalələr müxtəlif beynəlxalq elmi və media resurslarında dərc olunacaq.

“Virtual DOST” alt proqramı “Könüllü DOST” proqramının tərkib hissəsidir. “Virtual DOST” alt proqramı sayəsində müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofisdə, evdə və ya internet olan istənilən məkanda könüllü kimi fəaliyyət göstərə biləcəklər. Bu proqram, həmçinin əlilliyi olan şəxslərin sosial inteqrasiyası baxımından uyğunluq təşkil edir və onların evdən çıxmadan könüllü kimi fəaliyyət göstərmələri üçün yaxşı imkan yaradır. “Virtual DOST” təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqları onlayn qaydada yerinə yetirəcək.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR