21 Dekabr 2024, Şənbə

“Naxçıvan” Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı  ilə “Uşaq hüquqlarının  sosial və hüquqi tərəfləri” mövzusunda onlayn konfrans keçirilib.

Ardını oxu...

Zəngin Naxçıvan təbiətinin min bir dərdin dərmanı olan bitkilərindən biri də kəklikotudur. İlin bu çağında torpaqdan boy qaldırıb dağların sinəsinə yayılan kəklikotunun ətrini xəfif bahar küləyi ətrafa yaydıqca havadan kəklikotu ətri gəlir.
Xalq təbabətində bu gün də, əsasən, soyuqdəymə dərmanı kimi istifadə edilən kəklikotu hər bir naxçıvanlı ailəsinin çay süfrəsinin əvəz­edilməz təamıdır. Deyirlər ki, yaz gəldimi, samovar salıb, dəmlənən çaya kəklikotu qatmadınsa, daha nə ləzzəti? Hər kəs tərəfindən sevilən ədviyyat kimi kəklikotunun Naxçıvan mətbəxində bütün növləri istifadə olunsa da, qızılgül, limon ətirli olanların öz yeri var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş təşkil olunub.
Görüşdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və sosial könüllülər adından Alsu Məmmədli çıxış ediblər.

Ardını oxu...

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dahi şəxsiyyətin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına böyük həssaslıqla yanaşılır.

Ardını oxu...

Onun haqqında kültəpəli rəfiqəmdən eşitmişdim. Həmin kənddə yaşayan bir xanımın metal kəsim ustası olaraq çalışması, sözün düzü, məni çox təəccübləndirmişdi. Əslində, heç vaxt şahidi olmadığıma görə inanmamışdım bir xanımın bu ağır və yorucu peşə ilə məşğul olduğuna. Elə bu maraqla da həmin xanımı – Mehparə Məmmədovanı tanımaq üçün üz tutdum onun çalışdığı “Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə.

Ardını oxu...

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur. Qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Muxtar respublikada da mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılması və işaxtaranların sosial müdafiəsi diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” xüsusi yer tutur.

Ardını oxu...

 İnsanın immun sistemi müxtəlif yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı orqanizmin təbii qoruyucu vasitəsidir. İnsan bədəninin bu müdafiə sistemi mütəmadi olaraq infeksiyalar ilə uğurla mübarizə apmaq və müxtəlif xəstəliklərin törədiciləri olan virusların, bakteriya və göbələklərin yaydıqları xəstəliklərin bizdən asılı olmayaraq orqanizmimizə daxil olmasının qarşısını almaqla vəzifəlidir. Bunun üçün immun sisteminin güclü olması əsas şərtdir. Bu sistemin güclü olması isə insandan asılıdır. Təbii ki, müxtəlif xroniki xəstəliklər immun sisteminin zaman-zaman zəifləməsinə səbəb olur. İmmun sistemi insanın yaşayış tərzindən, onun düşdüyü mühit amillərindən və müxtəlif biofaktorlarla kifayət qədər təmin olunmamasından asılıdır. Əslində orqanizm öz müdafiə sistemini özü qurur və bunun üçün bədən proteksin, qlutation kimi müxtəlif kükürdlü zülallar sintez edir.

Ardını oxu...

“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin ailələrin pensiya təminatı ilə bağlı yeni humanist yanaşma əksini tapıb. Belə ki, layihə qəbul edilərsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvü bu və ya digər səbəblərdən (özünün digər növ pensiya və ya müavinət hüququ yaranması ilə və s. hallarda) payına düşən pensiya məbləğini almağa davam etmədikdə, ona hesablanan həmin pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı olan, Məhəmmədəli Sultanovun 100 illik yubileyi keçirilmişdir.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Behrud kəndində yaşayan uzunömürlü ailə, evliliyinin 62 ili tamam olan Sadiqovlar ailəsi ilə görüş keçirilmişdir.

Ardını oxu...

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.

Ardını oxu...

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilib. Belə ki, komitənin və Naxçıvan şəhər, müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və Şərur, Ordubad, Şahbuz, Culfa, Babək, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə, 30 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilib.

Ardını oxu...


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Başqa sözlə, ailə vahid qayə uğrunda birlikdə var olub çalışan üzvlərin, qohum-əqrəbaların cəmidir, onların yaşayış tərzində ən əhəmiyyətli yer tutan təməldir. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır.

Ardını oxu...

Hər dəfə şimşək çaxması ilə yağan yaz yağışından sonra dağlarda, çəmənlərdə bitən saysız-hesabsız bitkiləri görəndə öz-özümə fikirləşirəm: Ana təbiət yurdumuzdan heç nəyi əsirgəməyib. Uca Yaradan bu diyarın insanlarına ruzilərini özlərindən əvvəl verib. Bu yurda elə səxavətlə min bir naz-nemət bəxş edib ki, yığıb istifadə etməklə bitmir, tükənmir. Belə isə həm də onların qədrini bilib, artıb çoxalmasının qayğısına qalsaq, bar-bərəkətimiz tükənməz, bu gözəl nemətlər hər zaman süfrələrimizin bəzəyi, canımızın sağlamlığı olar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

"İnstaqram" sosial şəbəkəsi internetdə virtual münaqişələr ehtimalını azaltmaq üçün şərhlərlə bağlı bir sıra yeniliklər tətbiq edir.

Bu barədə "Facebook" şirkətinə məxsus sosial şəbəkənin press-relizində xəbər verilir.

Ardını oxu...

       15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə, 10 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandir və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktik vərdişlərinin təkmilləşdirilməsinə ­yönəldilib.

Ardını oxu...

Azərbaycanlılar arasında geniş yayılan ümumxalq bayramlarından biri də Ramazan bayramı, bəzən də azərbaycanlıların təbirincə desək, Orucluq bayramıdır. Orucluq bayramı da ilin mübarək, möminlərin qəlbinə sevinc bəxş edən günlərindən biridir. İslam dininə görə, oruc tutmaq müsəlmanların əməl etmələri vacib sayılan beş şərtdən ikincisidir. Orucluq hər il hicri-qəməri təqviminin 9-cu ayı olan Ramazan ayında 30 gün müddətində saxlanılır. Müsəlman dünyasında oruc tutma (əs-saum) hicrətin 2-ci ilində (624-cü ildə) tətbiq edilməyə başlanmışdır. Müqəddəs "Qurani-Kərim" Allaha ibadətin bu şəklini inkişaf etdirərək orucu "Quran"ın nazil edilməsinin və insanlara çatdırılmasının başlanması ilə əlaqələndirmiş və müsəlmanları oruc tutmağa çağırmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu may ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb.

Fonddan bildirilib ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.

Muxtar respublikamızda ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyəti səmərəli məşğulluğun artmasında, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrinin inkişafında, daxili bazarın yerli məhsullarla təmin edilməsində xüsusi önəm kəsb edir. Bu sahədə aparılan məqsədyönlü işlər ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkar­lığın inkişafına əlavə imkanlar açıb. Bu gün qədim diyarımızda ailə təsərrüfatları qurub, daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin edən və əldə etdiyi gəlirlə təsərrüfatını ildən-ilə genişləndirən, eləcə də ailə büdcəsinin gəlirlərini daha da artıran zəhmət adamlarının sayı yüzlərlədir. Onlardan biri də Ordubad rayonunun Ələhi kəndində yaşayan Yaşar ­Həbibovdur.

Ardını oxu...

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbədən 75 il keçir. İkinci Dünya müharibəsində əldə edilən bu tarixi qələbəyə Azərbaycan xalqı da böyük töhfələr verib. Vətənpərvər xalqımız qələbəni təmin etmək üçün döyüşən orduya yaxından və hərtərəfli kömək göstərib, arxa cəbhədə çalışanlar əsl şücaət və əzmkarlıq nümayiş etdiriblər.

Ardını oxu...

Könüllülük... Bir neçə hərfdən yaranan, ilk baxışdan çox sadə görünən bu söz bizə nələr danışır? Bir qədər düşünək...
Nənə-babalarımızın nağıl gecələrinin şirin-şəkər söz-söhbətilə, oxuduqlarımızla, eşitdiklərimizlə yoldaş olub yola çıxaq, bu sözün mənasına, mahiyyətinə vara-vara qədim tariximizi vərəqləyək həmin yolçuluqda. Könüllülərlə rastlaşacağıq bu yolda. Əcdadlarımızın ayaq səslərinə qulaq verdikcə, təxəyyül, təfəkkür dünyalarına səyahət etdikcə, dünənimizdə baş verənləri, bu günümüzün reallıqlarını, müstəqilliyimizi, inkişafı, tərəqqini hər incə detalınadək diqqətlə izlədikcə könüllərdən gələn səsləri də eşidəcəyik. İşıqlı sabahlara aparan yolda qarşımıza çıxan maneələri aşdığımız, çıraq işığına məcbur qaldığımız, qəlbimizdə közərən ümid işığından güc aldığımız, nəfəsimizlə əlimizi isitməyə çalışdığımız qaranlıq gecələrdə, gecə rəngli gündüzlərdə çəkdiyimiz əziyyətlərlə üz-üzə dayanaq. Bu yolçuluqda olanların-keçənlərin məğzinə vara-vara könüllülüyün, könüllülərin hər əsrdən boylandığını görəcəyik... Gördükcə də könüllü­lük bizim xalqın qanındaymış, canındaymış, genetik yaddaşındaymış ki, deyəcəyik...

Ardını oxu...

El arasında “uşqun” və ya “qabalaq” adlandırılan bitkinin elmi adı qarağat rəvəndidir (Rheum ribes L.).

Uşqun daha çox Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarının dağlıq ərazilərində bitir.

Hələ beş min il bundan əvvəl Çin tarixi mənbələrində bu bitkinin kökündən müalicə məqsədləri üçün istifadə olunması haqqında məlumatlara rast gəlinib. Uşqun qədim zamanlardan Ərəbistan və İranda da qida və dərman bitkisi kimi istifadə edilib.

Ardını oxu...

2020-ci ilin birinci rübündə “Facebook” kompaniyasının xalis gəliri iki dəfə artaraq 4,902 milyard dollar və ya səhm hesabı ilə 1,71 dollar təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici müvafiq olaraq 2,429 milyard dollar və 0,85 dollar idi.

Ardını oxu...

Mart ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də bir sıra tapşırıqlar verilmişdir. Müşavirədə, verilmiş tapşırıqlarından biri də 65 yaşdan yuxarı olan tənha ahıllara həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən müvafiq xidmətlərin göstərilməsi ilə bağlıdır.

Ardını oxu...


Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindəki 0,5 hektar sahədə yeni bağ salınır. Bununla da ümumilikdə rayondakı 34 hektardan çox sahədə yeni badam bağları salınıb.

Yeni salınan bağlarda məhsuldar badam növləri - buta, daş, kətanköynək, püstə və acı badam əkilib.

Qeyd edək ki, rayonda bundan sonra da badam bağlarının salınması və bu sahələrin genişləndirilməsi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

“Google” şirkəti “Meet” videozəng xidmətindən istifadəni hər kəs üçün açıq edir.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Ardını oxu...

“WhatsApp” messenceri qrup zəngləri istifadəçilərinin limitini iki dəfə artırıb. 

Bu barədə şirkətin bloqunda bildirilir. 

Ardını oxu...


Turizm bölgəsi olan Ağbulaq kəndində ötən ilin payızında dağ yamaclarında 15 hektar sahədə toxumla bərpa işləri aparılıb. Ağbulaq kənd yolunun hər iki tərəfinə 1500 cəviz tingi əkilib, suvarma xətlərinin çəkilişinə başlanılıb. Kənddəki əkin sahələrinin suvarılmasını təmin etmək üçün Gömür kəndindəki çaydan su arxı da çəkilib. Yaşıllıq sahələrinin suvarılmasında bu arxın suyundan istifadə olunacaq. Qeyd edək ki, Ağbulaqda geniş Turizm İstirahət Mərkəzi yaradılıb. Kənddə yaradılan yeni Xizək Mərkəzində tikinti işləri davam etdirilir. Yol kənarlarında 9 kilometrə yaxın ərazidə yaşıllıq zolaqlarına yeni suvarma sistemlərinin quraşdırılması da kənddə turizmin inkişafı sahəsində aparılan tədbirlərin davamıdır. 

“Oğuz səsi” qəzeti


Şahbuzluların torpaqla ünsiyyəti, zəhmətə qatlaşmaları hektarlarla yeni bağların salınmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə, meşə sahələrinin artırılmasına, səliqə-sahmanın qorunmasına və təmizliyə səbəb olub. Torpağa bağlanılan, zəhmətə qatlaşılan yerdə yaşıllıq da bol olar, sağlamlıq da. Rayon sakinləri də illərdir ki, bu amalla yaşayır, hər tərəfdə yaşıllıq, gülzarlıq, bağ sahəsi gözəllik yaradır.

Ardını oxu...

"Facebook" şirkəti öz mesencerinə “Messenger Rooms” adlanan qrup halında zəng etmək funksiyasını  əlavə etdi. Bu barədə məlumatı “Reuters” yayıb. 

Yeni funksiya 50 nəfərədək iştirakçıya ümumi videozənglər etmə imkanı yaradır.

İştirakçıların videosu mozaika şəklində, bir kompüterdə 16-ya qədər, mobil cihazda isə 8-dək görüntü ilə izlənilə bilər. 

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq vətəndaşlar tərəfindən bir sıra hallarda məişət elektrik cihazlarından düzgün istifadə olunmaması səbəbindən yanğın kimi xoşagəlməz hadisələr baş verir, vətəndaşların sağlamlığına və mülkiyyətinə ciddi ziyan dəyir. Belə xoşagəlməz halların baş verməməsi üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi  vətəndaşlarımıza aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tövsiyə edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri davam etdirilir.

Könüllülər bu dəfə Ordubad rayonunda yaşayan tənha ahıllara göstərilən xidmətlərlə tanış olublar. Onlar zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, evlərdə təmizlik işləri aparıb və gətirdikləri tibbi profilaktik məmulatları ahıllara təqdim ediblər.

Sosial aksiyaya “Badamlı” mineral sular zavodu da qoşulub.

Hollandiyalı mütəxəssislər televizoru həddən artıq izləməyin ürək-damar sisteminə mənfi təsirini sübuta yetiriblər.

Alimlər bu araşdırma məqsədilə Britaniyada 40 yaşından 69 yaşadək təqribən 500 min insan barədə tibbi məlumatların toplandığı “UK Biobank” bazasından istifadə ediblər.

Ardını oxu...

Naxçıvan diyarının yetirdiyi – bitirdiyi yüzlərlə nemət vardır. Bu nemətlərin içərisində yabanı bitkilərin yeyilməli olanları dad-tamları, vitamin zənginliyi ilə dillərdə deyilir. Həmin bitkilərdən biri də göbələkdir. Elə ki, yaz gəldi, dağlar, düzlər yaşıllaşdı, bol nemətli yurdumuzda dadı damaqlarda qalan bitkilərimiz bir-bir torpağın altından boy qaldırıb, ötən yazdan bu yaza baharın gəlişini səbrsizliklə gözləyənlərin  həsrətinə son qoyurlar. Yemiliyi, qazayağısı, cacığı, yarpızı, bulaqotusu, baldırğanı, çaşırı  bir aləmdisə bu yerlərin, göbələyi tam başqa bir  aləmdir. Çünki hər yerdə təsadüf edilməyən, insanın qarşısına harada gəldi çıxmayan bu bitkini toplamaq üçün onu çox axtarmalı, aramalısan.  Göbələk yığımı ilə uzun illər məşğul olanların  qənaətinə görə  göbələkdən hazırlanan yeməklərin  dadı,  faydası onu tapıb dərərkən insana verdiyi zövqlə yarıbayarıdır.

Ardını oxu...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

QMİ-dən verilən məlumata görə, fətvada deyilir ki, bu il ölkə ərazimizin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə 25 aprel 2020-ci ilə təsadüf edəcək. Ramazani-Şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası aşağıdakıları bəyan edir:

Ardını oxu...

Hər il aprelin 17-si Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.

Həmin tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.

Ardını oxu...

Həssas təbəqənin qorunmasına yönələn sosial tədbirlər sırasında əvvəlcə sosial ödənişlərin davamlılığının təmin olunması nəzərdə tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir. Digər tədbir 65 yaşdan yuxarı olan tənha ahıl insanlarımıza dəstək mexanizmidir. Bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə aztəminatlı, çoxuşaqlı, ahıl şəxslər və sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında təsirlərinin azaldılması, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi, muxtar respublikada tənha yaşayan və yaşı 65-dən yuxarı olan ahıllar, o cümlədən sosial qayğıya ehtiyacı olan şəxslər müəyyən edilir və onlara evlərində zəruri xidmətlər göstərilir. Bu gün Culfa və Ordubad rayonlarında yaşayan 60 sosial qayğıya ehtiyacı olan ailəyə ərzaq payları verilib.
Sosial qayğıya ehtiyacı olan şəxslərə ərzaq paylarının verilməsi muxtar respublikanın digər rayonlarında da davam etdiriləcəkdir.
Xatırladaq ki, dünən Naxçıvan şəhərində 50 ailəyə ərzaq payı verilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” V muxtar respublika yaradıcılıq müsabiqəsi elan edib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, müsabiqədə yaradıcı qabiliyyəti olan hər bir gənc və digər yaş qrupundan olan yaradıcı və həvəskar şəxslər, həmçinin Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, professional və həvəskar fotoqraflar iştirak edə bilərlər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.

Ardını oxu...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır.

AQTA-dan verilən məlumata görə, bu dəfəki maarifləndirici mövzu isə “Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər necə qidalanmalıdır?” haqqındadır.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ağbulaq Xizək Mərkəzi  ətrafındakı dağ yamaclarında əkin işləri aparıb.

Əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça, həmişəyaşıl ağac tingləri və toxumları  əkilib.

Qeyd edək ki, bundan əvvəl də Ağbulaq kəndində 70 hektar sahədə toxumla  bərpa və 10 hektar sahədə tinglə əkin işləri aparılıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada sosial qayğıya ehtiyacı olanlar  – tənha ahıllar, aztəminatlı və çoxuşaqlı ailələr müəyyənləşdirilərək onlara ərzaq paylarının verilməsinə başlanılıb.

Aprelin 13-də Naxçıvan şəhərində 50 tənha ahıla və  aztəminatlı ailəyə ərzaq payları verilib.

Bu tədbirlər muxtar respublikanın rayonlarında da davam etdiriləcəkdir.

Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edirik:

 

Şahbuz rayonun ucqar kəndlərinə və dağlıq ərazilərinə qar yağıb.

Ardını oxu...

Əshabi-Kəhf yolunun ətrafında və Naxçıvançayın sahilində yeni meyvə bağları salınıb.

Ardını oxu...

2020-ci ildə yeni doğulmuş körpələrə ən çox qoyulan adlar açıqlanıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, oğlan uşaqlarına ən çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə kimi adların verilməsi üstünlük təşkil edir. 

 

Qeyd olunub ki, hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə kimi adların verilməsi yer alır.


Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejiminin tətbiq olunduğu dövrdə regionlarda virusun yayılmasının qarşısının alınması üçün tibbi-profilaktik tədbirlər davam etdirilir.

Həmçinin xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR