Şahbuz rayonun ucqar kəndlərinə və dağlıq ərazilərinə qar yağıb.
Havaların qeyri-sabit keçməsi nəticəsində rayonun Ağbulaq, Gömür, Keçili, Biçənək, Kükü və digər kəndlərinin ərazisinə ayın 12-si axşam saatlarından başlayaraq qar yağıb. Qarın qalınlığı dağlarda 3-4, kənlərdə isə 1-2 santimetr olub. Bu ərazilərdə ağaclarda oyanma olmadığından kənd təsərrüfatı mütəxəsissləri yağan qarın ziyansız olduğu fikrindədirlər.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, bu gündən başlayaraq aprel ayının 15-dək havalar əsasən yağmursuz keçəcək.