22 Dekabr 2024, Bazar

Hollandiyalı mütəxəssislər televizoru həddən artıq izləməyin ürək-damar sisteminə mənfi təsirini sübuta yetiriblər.

Alimlər bu araşdırma məqsədilə Britaniyada 40 yaşından 69 yaşadək təqribən 500 min insan barədə tibbi məlumatların toplandığı “UK Biobank” bazasından istifadə ediblər.

Alimlər aşkarlayıblar ki, müxtəlif cür oturaq tərzdə vaxt keçirmələr özündə ayrı-ayrı risklər daşıyır. Anketlərə görə, tədqiqat iştirakçıları televizor qarşısında gündə orta hesabla 2,8 saat, kompüter qarşısında isə 1 saat vaxt keçiriblər. 6 il ərzində 12,5 min nəfərdə ürəyin işemik xəstəliyi əmələ gəlib. Bu xəstələrin əksəriyyəti televizora baxmağı xoşlayanlardan ibarət olub. Kompüterdən istifadədə və avtomobil sürmədə bu əlaqələr müşahidə edilməyib.

Həkim-ekspertlərin sözlərinə görə, ürəyin və damarların sağlamlığı üçün Aralıq dənizi pəhrizi daha mnasibdir. Xroniki iltihablarla mübarizədə sarımsaq və zeytun yağı kömək edir. Bu ərzaqların tərkibi orqanizmə ümumi sağlamlıq effekti verən allitsin və oleokantal maddələri ilə zəngindir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR