Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikada sosial qayğıya ehtiyacı olanlar – tənha ahıllar, aztəminatlı və çoxuşaqlı ailələr müəyyənləşdirilərək onlara ərzaq paylarının verilməsinə başlanılıb.
Aprelin 13-də Naxçıvan şəhərində 50 tənha ahıla və aztəminatlı ailəyə ərzaq payları verilib.
Bu tədbirlər muxtar respublikanın rayonlarında da davam etdiriləcəkdir.
Naxçıvan televiziyasının əməkdaşlarının bununla bağlı hazırladıqları videomaterialı təqdim edirik: