03 May 2024, Cümə

El arasında “uşqun” və ya “qabalaq” adlandırılan bitkinin elmi adı qarağat rəvəndidir (Rheum ribes L.).

Uşqun daha çox Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarının dağlıq ərazilərində bitir.

Hələ beş min il bundan əvvəl Çin tarixi mənbələrində bu bitkinin kökündən müalicə məqsədləri üçün istifadə olunması haqqında məlumatlara rast gəlinib. Uşqun qədim zamanlardan Ərəbistan və İranda da qida və dərman bitkisi kimi istifadə edilib.

Onun yoğun çiçək saplaqlarının qabığı soyularaq çiy halda yeyilir. Cavan zoğları yaz aylarında yığılaraq satışa çıxarılır. Zoğlarından sup, sıyıq, kükü, komport, piroq, mürəbbə, marmelad, şirələr və sair hazırlanır. Eyni zamanda, zoğları qurudularaq qışda da istifadə olunur.

Alimlər qeyd edirlər ki, bitki büzüşdürücü və hemostatik xüsusiyyətə malikdir. Böyrək, ginekoloji, limfangit və frunkulyoz xəstəliklərində istifadə olunur. Güclü sakitləşdirici, iltihabsorucu, antiseptik, ödqovucu və möhkəmləndirici təsirə malikdir. Orqanizmdə maddələr mübadiləsini artırır. Kök hissəsində antra və tannoqlükozid maddələri olduğuna görə ondan cövhər, dəmləmə hazırlayıb bir sıra bağırsaq, sidik kisəsi və böyrək xəstəliklərini müalicə edirlər.

Uşqun xərçəng hüceyrələrinin inkişafını dayandırır

2016-cı ildə ABŞ-ın Atlanta Universitetində aparılan bir araşdırma nəticəsində məlum olub ki, uşqun xərçəng hüceyrələrinin inkişafını dayandırır.

İki mərhələ halında aparılan təcrübələr siçanlar üzərində gerçəkləşdirilib. Uşqun bitkisində olan “parietin” adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə ineksiya edilib və iki gün içində xərçəng hüceyrələrinin yarısının öldüyü görülüb. Piqmentlərin modifikasiya edilmiş bir növü də şişlərin inkişafını azaldıb.

O vaxtlar İngiltərənin “Daily Express” qəzetində “Uşqun həyatımızı xilas edə bilər” başlığı ilə yayılan xəbər dünya mediasında böyük səs-küy doğurub.

Uşqun “Sirab”ı, “Badamlı”sı, Duzdağı ilə insanlara şəfa bəxş edən Naxçıvanın möcüzəli təbiətinin gözəl nemətlərindən sadəcə biridir. Belə ki, Naxçıvan uşqun kimi digər faydalı dərman bitkiləri ilə zəngin bir məkandır.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR