Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə aztəminatlı, çoxuşaqlı, ahıl şəxslər və sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında təsirlərinin azaldılması, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi, muxtar respublikada tənha yaşayan və yaşı 65-dən yuxarı olan ahıllar, o cümlədən sosial qayğıya ehtiyacı olan şəxslər müəyyən edilir və onlara evlərində zəruri xidmətlər göstərilir. Bu gün Culfa və Ordubad rayonlarında yaşayan 60 sosial qayğıya ehtiyacı olan ailəyə ərzaq payları verilib.
Sosial qayğıya ehtiyacı olan şəxslərə ərzaq paylarının verilməsi muxtar respublikanın digər rayonlarında da davam etdiriləcəkdir.
Xatırladaq ki, dünən Naxçıvan şəhərində 50 ailəyə ərzaq payı verilib.