Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri davam etdirilir.
Könüllülər bu dəfə Ordubad rayonunda yaşayan tənha ahıllara göstərilən xidmətlərlə tanış olublar. Onlar zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, evlərdə təmizlik işləri aparıb və gətirdikləri tibbi profilaktik məmulatları ahıllara təqdim ediblər.
Sosial aksiyaya “Badamlı” mineral sular zavodu da qoşulub.