Şahbuz Rayon İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ağbulaq Xizək Mərkəzi ətrafındakı dağ yamaclarında əkin işləri aparıb.
Əkində Ağbulaq kəndinin təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça, həmişəyaşıl ağac tingləri və toxumları əkilib.
Qeyd edək ki, bundan əvvəl də Ağbulaq kəndində 70 hektar sahədə toxumla bərpa və 10 hektar sahədə tinglə əkin işləri aparılıb.