21 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 19 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi 29 sentyabr tarixində keçirilib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilib. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Naxçıvan Muxtar Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılıb.

Ardını oxu...

Hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə, elə buna görə də dünyada hər şeyi zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən başqa... Vətən tale yazısıdır, Vətən bəşər övladının şanı, şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin əzəli də ona bağlıdır, axırı da... Mənim də Vətən adlı dünyam canım qədər sevdiyim Azərbaycandır. Böyüyüb boya-başa çatdığım yurdum isə bol günəşi, saf suyu, təmiz havası ilə gözoxşayan gözəlliklər məskəni Naxçıvandır. Naxçıvanım!.. Əlincə qeyrətli, Gəmiqaya sirli, Əshabi-Kəhf möcüzəli, Möminə xatın şöhrətli qədim diyarım...

Ardını oxu...

Qanunvericiliyin tələbləri əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti təşkil edir və onlara metodoloji yardım göstərilməsi sahəsində tədbirləri davam etdirir. Bu məqsədlə bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilir, eləcə də onlar zəruri metodik vəsaitlərlə təmin olunurlar. Bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Culfa rayonunda təşkil edilib. Rayon üzrə fəaliyyət göstərən bələdiyyələrin kargüzarlıq sənədlərinə baxış olub, görülən işlər barədə onlara hüquqları izah edilib, lazımi metodik tövsiyələr verilib. Eyni zamanda bələdiyyə sədrlərinə “Metodik sənədlər toplusu”, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” adlı metodik vəsaitlər təqdim olunub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “2020-ci ildə Əlyazmalar Fonduna daxil olan yeni əlyazma və çap kitablarının qeydiyyatına dair” mövzusunda elmi-praktik seminar keçirilib.

Ardını oxu...

Təmiz ab-havası, füsunkar təbiəti, buz bulaqları, “bəstəkar” şəlalələri, qollu-budaqlı “pir” ağacları  ilə insanda xoş duyğular oyadan, qayalarından xınalı kəkliklərin səsi gələn Havuş kəndinə doğru irəlilədikcə Şərur-Dərələyəz silsiləsinin özünəməxsus gözəllikləri, uca dağları, xoş təbiəti, təravətli havası insanı, sanki sehrli bir aləmə aparır. Yolboyu seyr etdiyimiz adları əfsanəyə çevrilən Sırfadaşı, Əncirik, Hadıqayıb, Dana qalası, kəndi üzük qaşı kimi dövrəyə alan dağlar qoynunda bitən min bir dərdin dərmanı olan bitkilər ilə də məşhurdur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti onlayn ekskursiya Xatirə Muzeyində keçirilib.
Ekskursiyanın əvvəlində bələdçi Tamara Novruzova muzeyin yaradılması və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu mədəniyyət müəssisəsi 1997-ci ilin yanvar ayında 500 eksponatla fəaliyyətə başlayıb.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılıb, ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırılıb.

Ardını oxu...

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlayıb. Nazirlikdən rəsmi SPA informasiya agentliyinə bu ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirilib.

Ardını oxu...

Üç milyon yarım kvadrat kilometrdən də bir qədər çox olan Arktikada sahil buzlaqlarının sahəsi tarixi minimum həddə çatıb. Bu barədə ABŞ qar və buz örtüyü üzrə Milli Müşahidə Mərkəzi məlumat verib. Bu göstəriciləri müqayisə edən mütəxəssislərin fikrincə, sonuncu dəfə buz örtüyü üzrə oxşar rəqəmlər 42 il əvvəl qeydə alınıb.

Laptevlər və Qrenland dənizləri buzlaqların əriməsindən daha çox zərər çəkib.

Ardını oxu...

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində muxtar respublikanın şəhər və rayonlarında aztəminatlı ailələrlə görüşlər keçirilir, yardımlar göstərilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri və Şərur rayonunda baş tutub.
Naxçıvan şəhərindən İsmayılovlar, Şərur rayon Dərvişlər kəndindən isə Abdullayevlər ailəsi ilə keçirilən görüşlərdə nazirlik və komitə əməkdaşları sakinlərin qayğıları ilə maraqlanıb, onlara sovqatlar təqdim ediblər.
Sosial qayğıya ehtiyacı olan şəxslər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə görüş keçirilib.
Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvənd­ləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət işçi qrupu növbəti monitorinqi Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində aparmışlar. Monitorinq zamanı işçi qrupun üzvləri bələdiyyə sədrləri və üzvləri ilə görüşərək icarəyə veriləcək bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirmişlər.

Ardını oxu...

Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərindən şəhərimizdəki Heydər Əliyev, Zəroş Həmzəyeva və “İstiqlal” küçələrindəki bir neçə yaşayış binasına da pay düşüb. Həmin küçələrdə altmışıncı illərdə istifadəyə verilmiş bir neçə yaşayış binasında əsaslı təmir işləri aparılıb, binaların təməli möhkəmləndirilib, giriş qapıları, pəncərələr, dam örtüyü dəyişdirilib, kommunikasiya xətləri yenilənərək lazımi kommunal şərait yaradılıb.

Ardını oxu...

Son illər ölkə həyatının sosial və iqtisadi sahələrində müəyyənləşdirilən prinsiplər uğurla reallaşdırılmış, qısa müddətdə çox mühüm iqtisadi islahatlar aparılmışdır.
Bu islahatlar muxtar respublika əhalisinin də sosial müdafiəsini gücləndirmiş, pensiya və müavinətlərin qanunvericiliyə uyğun təyin edilməsi və vaxtında ödənilməsi, habelə ödənilmə sahəsində tətbiq olunan mütərəqqi üsullar əhaliyə daha yüksək səviyyədə xidmət göstərilməsini təmin etmişdir.

Ardını oxu...

Muxtar respublikada Xalq-ordu birliyinə nümunə olaraq hərbi hissələrə meyvə-tərəvəz sovqatları verilməsinin davamı kimi Şərur rayonundakı “Vüsal” Kiçik Müəssisəsinin kollektivi hərbi hissəyə 4 ton kartof və soğan təhvil verib.

Ardını oxu...

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi avqust ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə ­saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun 5 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılmış, ay ərzində Şərur rayonunun Oğuzkənd, Dərəkənd, Aşağı Daşarx və Yuxarı Daşarx, Kəngərli rayonunun Böyükdüz kəndlərində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün 15 iyul 2020-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanlarına 17 sentyabr tarixdən start verilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsaslarının araşdırılması bu elmi-tədqiqat müəssisəsinin qarşısında duran əsas vəzifələrdən biridir. İnstitutun tərkibində 4 şöbə, 4 laboratoriya, Nəbatat bağı, Təbiət muzeyi, Herbari fondu və Yaşıl aptek fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının fauna biomüxtəlifliyinə daxil olan onurğalı və onurğasız heyvanlar aləminin tədqiqi, genofondunun qorunması və səmərəli istifadə imkanlarının tədqiqi istiqamətində isə bu elmi qurumun Zooloji tədqiqatlar şöbəsi araşdırma aparır.

Ardını oxu...

 

Növbəti yazımızda ilin bu vaxtı ən çox ehtiyac duyulan bir meyvədən – zoğaldan bəhs edəcəyik. Yazda bütün ağaclardan tez çiçəkləyən zoğal o meyvələrdəndir ki, onu əkib-becərmək, bar vədəsinə çıxarmaq böyük bir zəhmət və qulluq tələb etmir. Zoğal ağacı 2 metrədək boy atır, hər il barverən məhsuldar giləmeyvədir. Əvvəllər yabanı halda muxtar respublikanın dağlarında, meşə massivlərində çox rast gəlinən zoğal sonralar insanlar tərəfindən mədəni əkinçiliyə gətirilib. Qış aylarının əvəzolunmaz müalicə vasitələrindən olan zoğalın tərkibində vitamin, mineral və güclü antioksidantlar var. 

Ardını oxu...

Muxtar respublikada dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin həcmi ilbəil artmaqdadır. Son dövrlərdə bu istiqamətdə yeni layihələr icra edilir, mütərəqqi və innovativ yeniliklər tətbiq edilir. Sosial müdafiə sahəsində də bu istiqamətdə fəaliyyət təkmilləşdirilir, yeni elektron xidmətlər istifadəyə verilir.

Ardını oxu...

Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində zəruri tədbirlər görülür.

Sentyabrın 14-də muxtar respublikanın şəhər və rayonlarında yaşayan və sosial qayğıya ehtiyacı olan 320 ailəyə sovqatlar təqdim edilmişdir.

Sakinlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmiş, bu kimi sosial tədbirləri muxtar respublikada insan amilinə verilən dəyərin növbəti təzahürü kimi dəyərləndirmişlər.

“Şərq qapısı”

1 oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində Şahbuz rayonundakı Ahıllar Evində yaşayan sakinlərin tibbi müayinəsi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkil etdiyi tibbi aksiyada muxtar respublika xəstəxanasının 17 ixtisaslı həkimi iştirak edib. Sakinlər ayrı-ayrılıqda stomatoloq, prakotoloq, göz, cərrah, tramvatoloq, uroloq, radioloq, lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən tibbi müayinələrdən keçiblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasından gətirilən USM aparatı vasitəsilə sakinlərin qaraciyər, öd kisəsi, mədaltı vəz, böyrəkləri və digər orqanları müayinə olunub. Xəstəlikləri aşkar olunanlara müalicələr yazılıb, həkim məsləhəti verilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qədim tarixə malik olan və yerli əhali arasında Əlincəçay mahalı kimi tanınan Culfa rayonu ərazisində bir sıra yaşayış məskənlərindən günümüzədək gəlib çatan epiqrafik abidələrə həsr olunan əsərin müasir dövr üçün aktuallığından danışıb. Bildirib ki, Culfanın ərazisi orta əsrlərin müxtəlif dövrlərində həkk olunmuş epiqrafik abidələrlə çox zəngindir. Rayon ərazisi indiyədək arxeoloji cəhətdən müəyyən qədər öyrənilsə də, Əlincəçay mahalı ərazisində bu günə qədər gəlib çatmış kitabələr tam və sistemli şəkildə toplanıb tədqiq edilməyib, onlara xüsusi tədqiqat işi həsr olunmayıb. Abidələrin əksəriyyətinin açıq havada olması, təbii qüvvələrin təsirinə daha çox məruz qalması səbəbindən həmin kitabələrin bir hissəsi zaman keçdikcə sıradan çıxıb, özlərində əks etdirdikləri dəyərli tarixi faktlarla birlikdə məhv olublar.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.

Ardını oxu...

Bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarının icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinin gözlənilməsi nəzarətdə saxlanılmalıdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrupu, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqi aparılıb.

Ardını oxu...

Özünü dərk edəndən hər ötən gün daha da yaxşı yaşamaq, məqsədinə çatmaq, arzularını gerçəkləşdirmək üçün səylə çalışırsan. Həyatın qayğılarına o qədər başın qarışır ki, günlərin, ayların necə keçdiyinin fərqində belə, olmursan. Zaman qatarı isə dayanmadan hərəkət edir. Yaxınlarının xeyrində, şərində iştirak edir, yaxşı günün də, pis günün də yoldaşı olursan. Keçən hər gün isə ömür ağacından bir yarpaq qoparır. İllər su kimi axıb gedir, həyatın güllü-çiçəkli yazı, barlı-bəhərli yayı öz yerini xəzanlı payıza, çovğunlu qışa verir. Bircə dəqiqəlik ötənləri düşünəndə yaşananlar, sanki kinolent kimi gözünün önündən gəlib keçir. Elə bil dünən idi küçə-bacada uşaqlarla qaçdı-tutdu oynamağın, məktəbdə parta arxasında şagird yoldaşınla müəllim duymasın deyə, astaca pıçıldaşmağın.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hamiliyinə verilmiş tələbələrin nəzəri biliklərlə yanaşı, praktik vərdişlərini də artırmaq məqsədilə bir sıra tədbirlər görülür. Belə tədbirlərin davamı olaraq gənc ekoloq və geoloqlar Əlincəçay ətrafındakı səpinti qızıl axtarışında iştirak ediblər.

Ardını oxu...

Kənd təsərrüfatının əsas sahələrindən biri olan və strateji əhəmiyyətinə görə dənli taxıl bitkilərindən sonra ikinci yeri kartof bitkisi tutur. Həm də ikinci çörək sayılan kartofa olan tələbatın ödənilməsi məqsədilə görülən işlər də bu cəhətdən diqqət çəkir. 

Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelement­lərin zənginliyi səbəbindən onu “universal” adlandırırlar. Aparılan tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına müsbət təsir edir.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, bir fərd olaraq özünəqulluq və özünə xidmət bacarıqlarına malik olması, müstəqil yaşam vərdişlərinə yiyələnməsi, fiziki və əqli inkişaf səviyyəsinə uyğun olaraq təhsil alması onların inkişafını şərtləndirən əsas amillərdən biridir. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların yüksək səviyyədə təhsil almasına, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətə inteqrasiyasına həssaslıqla yanaşılır. 

Ardını oxu...

Dövlət Nəqliyyat Xidməti tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 7-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb. Bu məqsədlə xidmət tərəfindən 5 nəfərdən ibarət Texniki Müayinə Komissiyası yaradılıb. Komissiya tərəfindən ilk olaraq muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların texniki müayinəsi həyata keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün sürücülərə lazımi köməklik göstərilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri avqust ayı ərzində də davam etdirmişdir.

Ardını oxu...

Uşağın məktəb haqqında təsəvvürü mücərrəd olmasın deyə, valideyn ona məktəb haqqında düzgün məlumat verməlidir. Çünki uşağın xəyal dünyası zəngin və rəngarəngdir. Əgər valideyn uşağa məktəbin çox gözəl və əyləncəli yer olduğunu desə, bu zaman uşaqda məktəb haqqında doğru təsəvvür formalaşmaya bilər. Çünki bu yaşda olan uşaqlar üçün “gözəllik və əyləncə” anlayışı saysız-hesabsız oyuncağın olması, limitsiz oynamaq imkanı, fərqli attraksionlara minmək, daim istədiyi davranışı yerinə yetirmək deməkdir. Əgər biz uşağa “məktəb” anlayışını düzgün izah etməsək, o, məktəbə gedən zaman xəyallarının tam əksi olan bir mənzərə ilə qarşılaşacaqdır. Çünki məktəbdə yazı, oxu vərdişlərinin öyrədilməsi, nələrisə öyrənməyin tələb edilməsi, bir sözlə, məktəbin nizam-intizamı uşağın xəyalında yaratmış olduğu məktəb modeli ilə üst-üstə düşməyəcəkdir.

Ardını oxu...

Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub.

Ardını oxu...

Ədliyyə sistemində yaradılan yeni probasiya sahəsi müasir informasiya-kommunikasiya texnologiyaları ilə elektron nəzarət vasitələrinin tətbiqini həyata keçirir.
Cəzaya məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti elektron vasitələrlə reallaşdırılır. Bu vasitələrə məhkumların üzərinə taxılması nəzərdə tutulan elektron nəzarət vasitəsi, mobil qurğular, eləcə də izlənmə monitorları daxildir.

Ardını oxu...

Sədərək rayonunda rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 5 nəfər şəxsi heyəti, Mülki müdafiə alayının 10 nəfərdən ibarət dezinfeksiya qrupu, Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsinin şəxsi heyəti tərəfindən avtomobil yolları və səkilər olmaqla, ümumilikdə, 115 min kvadratmetr sahə dezinfeksiya edilib. Dezinfeksiya tədbirləri Sədərək gömrük­-keçid, Sədərək yanacaqdoldurma məntəqələrini, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların girişləri və ətrafını, Mərkəzi Xəstəxana, Rabitə Evi, Qaz İstismar İdarəsi, Elektrik Şəbəkəsi, Baytarlıq İdarəsi, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasını əhatə edib.

Ardını oxu...

Könüllülük fəaliyyətinə ölkəmizdə, eləcə də muxtar respublikamızda geniş önəm və diqqət verilir. Bu gün könüllülük fəaliyyəti ilə məşğul olan gənclərin sayı çoxluq təşkil edir və daha da artmaqdadır. Onlar müxtəlif tədbirlərə qatılır, yaşlılara, tənha yaşayan insanlara, sağlamlıq imkanları məhdud şəxslərə, müharibə veteranlarına köməkliklər göstərir, ekologiyanın, təbiətin qorunmasında fəallıq nümayiş etdirirlər.
Ölkəmizdə bu fəaliyyət, belə desək, mentalitet qədim tarixlərə söykənir. Ulu ata-babalarımız əsrlərboyu bir-birinə yardımlar etmiş, ağır günlərdə öz qonşusundan, dostundan, yoldaşından köməyini əsirgəməmişdir. Qədim zamanlardan günümüzə kimi süzülüb gələn, artıq genetikamızın bir parçasına çevrilən bu ənənə aldığı siyasi dəstəklə də cəmiyyətimizdə, sosial həyatımızda öz yerini möhkəmləndirib.
Sosial həyatın müxtəlif sahələrini əhatə edən və asanlaşdıran bu ideya dövlətimizin başçısı cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq tapşırıqları ilə bu istiqamətə diqqətin artırılması könüllülük düşüncə və prinsiplərinin daha da möhkəmlənməsinə, sabitlənməsinə imkan verib. Nəticədə, muxtar respublika gəncləri müxtəlif könüllülük proqramlarına qoşulub. Bu, könüllü gənclərin müxtəlif layihələrdə iştirakına, onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradıb. Muxtar respublikada könüllü gənclərin fəaliyyətini onların özündən eşidib qələmə aldıq.
Fidan Hüseynova: – 2020-ci ilin fevral ayından ekoloji könüllü kimi fəaliyyət göstərirəm. Təbiəti çox sevdiyim və ətraf mühiti qorumaq, bunu insanlara çatdırmaq imkanı əldə etmək üçün könüllü olmaq istədim. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıram. Gələcəkdə bu sahə üzrə işləməyi düşünürəm, lakin bununla yanaşı, gənclərə dəstək olmaqla, sabaha inamla xalqına, dövlətinə layiqincə xidmət edən könüllülər yetişdirmək istəyirəm. Həmyaşıdlarıma isə demək istəyirəm ki, bir gün nələrsə bacarmaq üçün əvvəlcə hər hansı işi könüllü etməlidirlər ki, gələcəkdə uğur əldə edə bilsinlər. Xalqımızın belə gənclərə ehtiyacı var.

Ardını oxu...

Orta əsrlərdə “meyvə cənnəti” adlandırılan Naxçıvan ta qədimdən dadlı-tamlı meyvələri ilə dünyada tanınıb. Naxçıvanın mühüm karvan yollarının, o cümlədən Böyük İpək yolunun üzərində yerləşməsi burada meyvəçiliyin inkişafına geniş imkanlar yaradıb. Diyarımızda yetişdirilən üzüm, tut, armud, nar, ərik, şaftalı və digər meyvə növləri öz ləziz dadı ilə zaman-zaman buraya gələn səyyahları da heyran edib. 

Ardını oxu...

Əzəmətli, yaşıl örpəyə bürünən dağları, min bir dərdin şəfası olan dərman bitkiləri, Batabatı, Zorbulağı ilə məşhur olan Şahbuzun istənilən guşəsinə nəzər salanda, ən ucqar dağ kəndlərimizdə belə, yaradılan şərait diqqəti cəlb edir. Müasir məktəb, tibb məntəqəsi, təbiət gözəllikləri ilə insan əlinin yaratdığı cazibədarlığın harmoniyasının yaşandığı kəndlərimiz insanlarda qürur, dövlətimizə minnətdarlıq hissini artırır. Belə yurd yerlərimizdən biri də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndidir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 2020-ci ilin avqust ayında muxtar respublika üzrə, ümumilikdə, 23 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 19 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə miniyerşumlayan aqreqat və 1 nəfərə isə çörək, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar verilib. Proqrama cəlb olunan şəxslərdən 2 nəfərini gənclər təşkil edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında uşaqların fiziki inkişafının təmin olunması, xəstəliklərinin ilkin mərhələdə aşkar edilməsi məqsədilə profilaktik və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi xüsusi diqqətdə saxlanılır. Onların mütəmadi olaraq kompleks müayinələrdən keçirilməsi, müəyyən olunmuş xəstəliklərin vaxtında müalicə edilməsi uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. 

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrdə həyata keçirilən mühüm tədbirlər, yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsi, iş yerlərinin açılması əhalinin səmərəli məşğulluğunu təmin etmiş, həyat səviyyəsini daha da yaxşılaşdırmışdır.
Əhali artımına uyğun olaraq iqtisadi və sosial sahələrin kompleks inkişafı məqsədilə 2005-2018-ci illəri əhatə edən üç Dövlət proqramının, əsasən yerli istehsalın inkişafını təmin edən digər belə dövlət sənədlərinin uğurlu icrası həyata keçirilən tədbirlərin effektivliyini daha da artırmışdır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və digər belə dövlət sənədlərində qarşıya qoyulmuş vəzifələrin icrası isə görülən işlərin davamlılığına stimul yaratmışdır.

Ardını oxu...

Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara, o cümlədən müvafiq kateqoriyadan olan uşaqlara protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Dünən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Şərur və Sədərək rayonlarında keçirilən səyyar xidmətlər zamanı əlilliyi olan şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir edilib. Eyni zamanda müvafiq kateqoriyadan olan şəxslərə protez ayaqqabı, eşitmə aparatı və digər texniki və köməkçi reabilitasiya vasitələri verilib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması üçün vaxtaşırı müşahidələrin aparılması diqqətdə saxlanılır. Torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla razılaşdırılmaqla müvafiq komissiya yaradılıb, torpaqların monitorinqinə başlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup Ordubad Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən bələdiyyə mülkiyyətində kənd təsərrüfatına yararlı olan torpaqlara baxış keçirib.

Ardını oxu...

Türkiyə Cümhuriyyətində səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Çankaya Universitetinin İdarəetmə şurasının üzvü, İctimaiyyətlə əlaqələr və reklam şöbəsinin müdiri, 22 və 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı, Yıldız Sarayı Fondunun sədri, UNESCO-nun Mədəni İrs Komissiyasının Türkiyə üzrə nümayəndəsi professor Zeynəb Qarahan Uslu ilə görüşüb.
Görüş zamanı universitetlərarası əlaqələrin inkişafı, informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə əməkdaşlıq barədə razılıq əldə olunub. Həmçinin Naxçıvan Muxtar Respublikasında mədəni irsin, Türkiyə coğrafiyasında Naxçıvana aid olunmuş abidələrin araşdırılması və birgə beynəlxalq konfransların təşkili məsələləri müzakirə olunub.
Hüseyn Bağırsoylu Azərbaycanda, xüsusilə Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin qorunub saxlanılması sahəsində görülən işlərdən danışıb.

Seyfur HACIMURADOV

Yerə doğru 2018 VP1 asteroidi yaxınlaşır.

Bu barədə NASA xəbər verib.

Ardını oxu...

Məktəblilərə vətənpərvərlik və vətəndaşlıq hisslərini aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Naxçıvan şəhərindəki məktəblərin şagirdlərinin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiyada ordu qərargahının zabiti, polkovnik-leytenant Allahverdi Cabbarov şagirdlərə ətraflı məlumat verərək bildirib ki, ümumi sahəsi 13 min kvadratmetr olan muzeydə 40 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları nümayiş olunur. Burada “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər də yer alıb. Bildirilib ki, hər bir döyüş texnikası audio-məlumatlandırma sistemi ilə təmin edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti

Muxtar respublikamızda insanların sağlamlığının qorunması və istirahətlərinin səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə geniş imkanlar açıb. Uzunoba gölü ətrafında çimərliyin fəaliyyət göstərməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Burada yaradılan şərait və göstərilən xidmət gənclərin asudə vaxtının təşkili, eyni zamanda onlarda qarşılıqlı dostluq münasibətlərinin yaranmasına da xidmət edir.  Burada yaradılanları və bir gün ərzində insanların istirahəti ilə tanış olmaq üçün Uzunobaya yollandıq.

Uzunoba gölü ətrafındakı gözəlliklərdən çox yazılıb, videosüjetlər, reportajlar hazırlanıb. Bu reportajımızda daha çox çimərlikdə istirahət üçün yaradılan şəraiti, təhlükəsizlik tədbirlərini, yüksək xidməti və muxtar respublikamıza təşrif buyuran qonaqların istirahəti üçün hər bir nüansın düşünüldüyünü diqqətə çatdırmaq istəyirik.

Ardını oxu...

Ölkəmizin, eləcə də muxtar respublikamızın ictimai həyatında gənclərin xüsusi rolu vardır. Müasir günümüzdə onlar icra olunan bir sıra könüllülük proqramlarına qoşularaq öz ictimai fəaliyyətlərini təmin edirlər. Hər şeydən öncə könüllülük hər hansı bir maddi və mənəvi qarşılıq gözləmədən həyata keçirilən əməkdir. Artıq ölkəmizdə, həmçinin muxtar respublikamızda bir neçə könüllülük proqramı yaradılıb. Bu səbəbdən ölkə Prezidentinin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi heç də təsadüfi deyil.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq avqustun 12-də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətində “Ticarət mərkəzində yanğın zamanı işçilərin fəaliyyəti” mövzusunda, bir mərhələdə 3 təlim nöqtəsində əməli məşğələ keçirilib. İlk növbədə, cəmiyyətin rəhbər heyətinin və mülki müdafiə qüvvələrinin yanğının qarşısının alınması üzrə hazırlığı yоxlanıb, ticarət mərkəzində şərti baş vermiş yanğın zamanı könüllü yanğınsöndürmə komandasının fəaliyyətinə qiymət verilib. Daha sonra yanğın оcağında maddi vəsaitlərin xilas edilməsi və zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi praktik olaraq məşq etdirilib.
Məşğələdə qarşıya qoyulmuş məqsədlərə nail olunub, könüllü yanğınsöndürmə komandası və digər mülki müdafiə qüvvələri təcrübə qazanıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə
Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR