Sədərək rayonunda rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin 5 nəfər şəxsi heyəti, Mülki müdafiə alayının 10 nəfərdən ibarət dezinfeksiya qrupu, Gigiyena və Epidemiologiya Mərkəzi və Baytarlıq İdarəsinin şəxsi heyəti tərəfindən avtomobil yolları və səkilər olmaqla, ümumilikdə, 115 min kvadratmetr sahə dezinfeksiya edilib. Dezinfeksiya tədbirləri Sədərək gömrük-keçid, Sədərək yanacaqdoldurma məntəqələrini, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların girişləri və ətrafını, Mərkəzi Xəstəxana, Rabitə Evi, Qaz İstismar İdarəsi, Elektrik Şəbəkəsi, Baytarlıq İdarəsi, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasını əhatə edib.
Həmçinin Sədərək Şadlıq Sarayı, Çörəkbişirmə sexi, Qaraağac Ticarət Mərkəzi, Sədərək kənd məscidləri, Heydərabad Ticarət Mərkəzi, Heydərabad qəsəbəsinin əsas yolları, küçə və səkiləri, istirahət parkı, ikimərtəbəli yaşayış binasının giriş və ətrafı, yeddimərtəbəli yaşayış binasının zirzəmisi, giriş və ətrafı, Heydərabad qəsəbə uşaq bağçası, Şahmat məktəbi, Heydərabad qəsəbə tam orta məktəbi, Sədərək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası, 1 və 2 nömrəli tam orta məktəb, musiqi məktəbi və ətrafı da dezinfeksiya edilib. Görülən qabaqlayıcı tədbirlərə 2 xüsusi avadanlıq quraşdırılmış yanğınsöndürmə və 1 DUK avtomobili cəlb olunub.
Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən isə Təzəkənd, Çalxanqala və Xıncab kəndləri ərazisində tam orta məktəb, musiqi məktəbi və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin inzibati binalarının ətrafı, giriş və zirzəmiləri dezinfeksiya qrupları tərəfindən dezinfeksiya olunub.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti