22 Dekabr 2024, Bazar

Son illər ölkə həyatının sosial və iqtisadi sahələrində müəyyənləşdirilən prinsiplər uğurla reallaşdırılmış, qısa müddətdə çox mühüm iqtisadi islahatlar aparılmışdır.
Bu islahatlar muxtar respublika əhalisinin də sosial müdafiəsini gücləndirmiş, pensiya və müavinətlərin qanunvericiliyə uyğun təyin edilməsi və vaxtında ödənilməsi, habelə ödənilmə sahəsində tətbiq olunan mütərəqqi üsullar əhaliyə daha yüksək səviyyədə xidmət göstərilməsini təmin etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhalinin, xüsusilə əmək pensiyaçılarının rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, fond avqust ayını da uğurla başa vurmuş, üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmüşdür. Əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödəmələrinə 14 milyon 627 min manat, sosial sığorta ödəmələrinə isə 418 min manat vəsait xərclənmişdir.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 8 milyon 102 min manat vəsait daxil olmuşdur.
Hesabat dövründə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 102 vətəndaşa əmək pensiyası təyin edilmişdir ki, bunlardan 56-sı yaşa, 8-i sağlamlıq imkanları məhdudluğa, 38-i isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur. Pensiya təyin olunmuş vətəndaşların 46-sı kişi, 56-sı isə qadındır.
Ötən ay fərdi uçot sistemində də işlər davam etdirilmiş, yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 153 ərizə forması elekton imza vasitəsilə sifariş verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR