04 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 19 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi 29 sentyabr tarixində keçirilib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilib. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Naxçıvan Muxtar Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılıb.

Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün müsahibə proqramları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında yerləşdirilib, proqramda ümumi, dövlət orqanı və vəzifə üzrə ədəbiyyat siyahıları göstərilib.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanıb və şəxsi işinə əlavə olunub. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə Fövqəladə Hallar Nazirliyinə təqdim olunacaqdır. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal komissiyanın rəsmi internet portalında yerləşdirilib.
Qeyd edək ki, müsabiqəyə çıxarılan 10 vakant vəzifənin tutulması üçün 20 namizəd tərəfindən müraciət olunub, onlardan 19-u test imtahanında iştirak edib. Müvafiq keçid balını toplamış 7 nəfər müsahibə mərhələsində iştirak üçün sənədlərini Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib.
Müsahibədə iştirak edən 6 nəfərdən 4-ü müvafiq keçid balını toplayaraq bu mərhələdə uğur qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 4 nəfərin sənədləri vakant dövlət qulluğu vəzifələrinə təyin olunmaq üçün Fövqəladə Hallar Nazirliyinə göndərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR