22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup Ordubad Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən bələdiyyə mülkiyyətində kənd təsərrüfatına yararlı olan torpaqlara baxış keçirib.

Monitorinq zamanı qeyd olunub ki, dövlət səviyyəsində aqrar sahədə həyata keçirilən islahatlar, bu sahəyə göstərilən diqqət və qayğı istehsalçıların yeni nailiyyətlər qazanmasına şərait yaradır.
Vurğulanıb ki, torpaq sahələrinin mülkiyyətçiləri əkin sahələrinin genişləndirilməsi üçün, xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan da icarə üsulu ilə istifadə edirlər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Bələdiyyə torpaqları icarəyə verilərkən qanunvericiliyə uyğun olaraq icarəyəverən ilə icarəçi arasında müqavilə bağlanır və müqavilədəki şərtlər tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri nəzərdə tutulmalıdır.
Monitorinq zamanı vətəndaşlara ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR