Məktəblilərə vətənpərvərlik və vətəndaşlıq hisslərini aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə Naxçıvan şəhərindəki məktəblərin şagirdlərinin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiyada ordu qərargahının zabiti, polkovnik-leytenant Allahverdi Cabbarov şagirdlərə ətraflı məlumat verərək bildirib ki, ümumi sahəsi 13 min kvadratmetr olan muzeydə 40 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları nümayiş olunur. Burada “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər də yer alıb. Bildirilib ki, hər bir döyüş texnikası audio-məlumatlandırma sistemi ilə təmin edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin
mətbuat xidməti