Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət işçi qrupu növbəti monitorinqi Naxçıvan şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində aparmışlar. Monitorinq zamanı işçi qrupun üzvləri bələdiyyə sədrləri və üzvləri ilə görüşərək icarəyə veriləcək bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə baxış keçirmişlər.
Bildirilmişdir ki, bələdiyyə sədrləri müqavilə üzrə torpaqlardan təyinatı üzrə istifadə edilməsinə diqqət yetirməli, torpaqların mühafizəsi ilə bağlı tədbirlər görməli, əhalinin ehtiyacı üzrə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində maarifləndirmə işləri aparmalıdırlar.
Sonda müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti