Muxtar respublikada Xalq-ordu birliyinə nümunə olaraq hərbi hissələrə meyvə-tərəvəz sovqatları verilməsinin davamı kimi Şərur rayonundakı “Vüsal” Kiçik Müəssisəsinin kollektivi hərbi hissəyə 4 ton kartof və soğan təhvil verib.
Müəssisənin rəhbəri Mürşüd Həsənov bu gün əsgərlərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək, ayrı-ayrı özəl qurumların, fermer və sahibkarların Vətənin keşiyində dayanan igid oğullarımızın qayğısına qalmasını, onlara sovqat göndərməsini xalq-ordu birliyinin bariz nümunəsi, mənəvi dəstək olduğunu deyib.
Hərbi hissənin zabiti gətirilən sovqata görə minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi