04 May 2024, Şənbə

Ədliyyə sistemində yaradılan yeni probasiya sahəsi müasir informasiya-kommunikasiya texnologiyaları ilə elektron nəzarət vasitələrinin tətbiqini həyata keçirir.
Cəzaya məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti elektron vasitələrlə reallaşdırılır. Bu vasitələrə məhkumların üzərinə taxılması nəzərdə tutulan elektron nəzarət vasitəsi, mobil qurğular, eləcə də izlənmə monitorları daxildir.

Muxtar respublikada aparılan hüquqi islahatların davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 18 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin probasiya sahəsində fəaliyyət istiqaməti yaradılmışdır. Ali Məclis Sədrinin diqqət və qayğısı ilə qısa zamanda nazirlikdə elektron nəzarəti həyata keçirmək məqsədilə elektron izlənmə sistemi qurulmuşdur. İcra məmurları tərəfindən elektron nəzarət vasitəsi məhkum edilmiş şəxslərin üzərinə bağlanır ki, bu da onların hərəkət trayektoriyalarının 24 saat ərzində fasiləsiz izlənməsinə, müvafiq məlumatların izlənmə monitoruna ötürülməsinə imkan yaradır. İzlənmə monitoru məlumatları qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqə yaradır və ona nəzarəti həyata keçirir.
Nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq muxtar respublika ərazisində cəzaçəkən şəxslərlə aparılan profilaktik söhbətlər nəticəsində bu günədək hər hansı qanun pozuntusu halı baş verməmişdir. Aparılan profilaktik söhbətlərdə məhkumlara izah olunur ki, məhkəmə qərarında nəzərdə tutulan məhdudiyyətlərə uyğun olaraq hərəkət trayektoriyasına əməl edilməli, daşıdıqları texniki qurğulara mütəmadi qulluq göstərilməli, enerji təchizatı vaxtında təmin olunmalıdır.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR