22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.

Aprel ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 10 yoxlama-reyd keçirilmiş, 6 inzibati xəta qeydə alınaraq qanunauyğun tədbir görülmüşdür. Ay ərzində ekoloji monitorinqlər davam etdirilmişdir. Babək rayonunun 4 yaşayış məntəqəsində aparılan monitorinqlər zamanı su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və yaşıllıqların mövcud vəziyyəti öyrənilmişdir. Babək rayonunun Payız, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində aparılan monitorinq zamanı məişət tullantılarının müxtəlif ərazilərdə yerləşdirildiyi və açıq vəziyyətdə saxlanıldığı qeydə alınmış, çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan tapşırıqlar verilmişdir.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında aprel ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 8 su nümunəsi olmaqla, ümumilikdə, 24 su nümunəsi götürülmüş və 360 analiz aparılmışdır. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmamışdır.
Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmışdır. Ötən ay təsdiq olunmuş sxem-plan əsasında kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaq sahələrində yeni meyvə və üzüm bağları salınmış, şoranlaşmış və eroziyaya uğramış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması üçün müvafiq tədbirlər görülmüş, mövcud meşələrdə bərpa işləri aparılmışdır. Ümumilikdə, 10 hektar sahədə yeni meyvə bağı salınmış, 7 min 885 müxtəlif meyvə və həmişəyaşıl ağac tingi əkilmişdir. Eyni zamanda ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilmiş, püstə bağında 30 hektar sahədə cərgə araları texnika vasitəsilə kultivasiya olunmuş, tinglərə aqrotexniki qaydada qulluq göstərilmiş, budama işləri aparılmış, su arxları təmir olunmuşdur. Ümumilikdə, aprel ayında meşəsalma və meşəbərpa tədbirləri zamanı 10 hektar sahədə yeni meyvə bağları salınmış, 18 hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilmiş və ərazilərə 15 min 385 müxtəlif meyvə və meşə tingləri, 1610 həmişəyaşıl ağac, 1460 söyüd çiliyi əkilmişdir.
Toxum üsulu ilə əkin zamanı, ümumilikdə, 70 hektar sahədə 385 kiloqram badamça, alça, yemişan, həmərsin toxumları ilə əkin işləri aparılmışdır. Cır meyvə ağaclarının məhsuldarlığının artırılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərində, ümumilikdə, 1621 calaq vurulmuşdur. Ötən ay tingçilik sahələrində, ümumilikdə, 12 min üzüm, 11 min 250 iydə çiliyi əkilmişdir.
Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji informasiyalarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Ötən dövrdə Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir.
Ərəzin sahəsində səpinti qızılın dərinlikdə yayılma qanunauyğunluqlarını öyrənmək məqsədilə dərinliyi 20 metrə qədər olan quyuların qazılması üçün hazırlıq işləri görülmüş, həmin ərazinin çöl işlərinin ilkin çöl geoloji sənədləri kameral şəraitdə hərtərəfli araşdırılaraq müvafiq cizgi əlavələrin tərtib olunması davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR