22 Dekabr 2024, Bazar

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilib. Belə ki, komitənin və Naxçıvan şəhər, müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və Şərur, Ordubad, Şahbuz, Culfa, Babək, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə, 30 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilib.

Görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb edilirlər. Həmçinin həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailələrin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.
Bildirilib ki, 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar ailələrlə keçirilən görüşlərdə onlara ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilib.
Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ailələrlə görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR