Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu may ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, tələb olunan vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülüb.
Fonddan bildirilib ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi üçün müvafiq işlər davam etdirilir.