22 Dekabr 2024, Bazar

Beynəlxalq Ahıllar Günü münasibətilə təşkil edilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində yerləşən Ahıllar Evində görüş keçirilib.
Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək vurğulayıblar ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına geniş imkanlar yaradıb. Bu gün ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidmətləri göstərilir. Ahılların sağlam həyat tərzi yaşaması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu konsert proqramı ilə çıxış edib. Sonda ahıllara hədiyyələr təqdim olunub. Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Ahıllar Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində 110 yaşlı Şahbuz rayon sakini Ceyran Qafarova ilə də görüş olub. Görüşdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova iştirak ediblər. Tədbirdə bildirilib ki, muxtar respublikamızda uzunömürlü insanlara lazımi sosial xidmətlər göstərilir, sağlamlıqlarının qayğısına qalınır.
Ceyran Qafarova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR