22 Dekabr 2024, Bazar

Ölkəmizdə həyata keçirilən sosial islahatların əsas məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılmasıdır. Bu islahatların nəticəsi olaraq əhalinin aztəminatlı təbəqəsi sayılan pensiyaçılara və sosial qayğıya ehtiyacı olan vətəndaşlara aylıq ödənişlərin vaxtlı­-vaxtında maliyyələşdirilməsi təmin edilir.
Muxtar respublikamızda da əhalinin sosial müdafiəsi, məşğulluğun təmin edilməsi, gəlirlərin artırılması ilə bağlı bir sıra işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı ilə sahibkarlıq fəaliyyəti inkişaf etdirilir, yeni iş yerləri yaradılır.

Habelə vətəndaşlara əməkhaqqı, pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da muxtar respublikada əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Əvvəlki aylarda olduğu kimi, cari ilin mart ayında da əhaliyə pensiya və müavinətlərin ödənilməsi vaxtından əvvəl başa çatdırılıb. Təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.
Qeyd etmək lazımdır ki, muxtar respublikada pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə və yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə qurulub. Bütün bunlar isə pensiyaçılara göstərilən xidmətin səviyyəsinin daha da yüksəlməsinə imkan yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bundan sonra da öz üzərinə düşən tapşırıqları operativ qaydada həyata keçirməyə davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR