22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şərait­dən səmərəli istifadə etmələri, cəmiyyətə inteqrasiyaları üçün əlverişli mühit yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant təhsil mühitinin yaradılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılır, sağlamlıq imkanları məhdud uşaqların distant tədrisə cəlbi davam etdirilir.
Bu tədbirlərin davamı olaraq, bu günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə daha bir sağlamlıq imkanları məhdud uşaq – Elnar Həsənov distant tədrisə cəlb edilib. O, zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Elnarın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR