22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol!” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasiyasının təqdimatı keçirilib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov qeyd edib ki, muxtar respublikada təhsil sistemində aparılan islahatlar, müasir informasiya-kommunikasiya texnologiyaları ilə zənginləşən müasirtipli məktəblər təhsilin inkişafına öz bəhrələrini verir.
Tibb fakültəsi haqqında məlumat verən dekan, dosent Elsevər Əsədov bildirib ki, göstərilən dövlət qayğısının nəticəsidir ki, bu gün 20 ildən artıq təcrübəsi olan fakültənin məzunları Naxçıvanda və onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə təhsillərini davam etdirərək muxtar respublika səhiyyəsinin inkişafına öz töhfələrini verirlər.
Kardiologiya ixtisası üzrə II kurs həkim-rezident Sara Əzizli qazandığı təcrübəyə görə ali təhsil aldığı universitetə və təcrübə keçdiyi muxtar respublika xəstəxanalarına borclu olduğunu diqqətə çatdırıb.
Sonra Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, həkim-anestezioloq-reanimatoloq Bəxtiyar Hüseynovun rəhbərliyi ilə “İlk tibbi yardım” simulyasiya nömrələrinin təqdimatı olub. İlk tibbi yardım, həkim gələnə qədər xəstəyə kömək göstərmək qaydaları haqqında məlumat verilib. Sonra isə slaydlar vasitəsilə “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi zamanı nə etməli”, “Ürək tutması və zəhərlənmələr zamanı ilk tibbi yardım haqqında” Müalicə işi ixtisası üzrə III kurs tələbələri Ülviyyə Məmmədova, Suada Vahabova, Şahmar Abdiyev təqdimatlar ediblər.
Tibbi profilaktika ixtisası üzrə IV kurs tələbələri Şəbnəm Göyüşova, Sürəyya Pərvəreş isə qazlı içiklərin orqanizmə zərərlərindən, bir çox içkilərin tərkibində olan və dadlandırıcı keyfiyyətə malik olan aspartamın zərərli xüsusiyyətlərindən danışıblar.
Sonda universitetin həkimləri, həkim-rezidentləri, müvafiq ixtisas üzrə yuxarı kurs tələbələri şagirdlərdə müxtəlif müayinələr aparıblar.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR