04 May 2024, Şənbə

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün həyata keçirilən kompleks sosial müdafiə tədbirləri onların cəmiyyətə inteqrasiya olunmasında mühüm rola malikdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə müvafiq kateqoriyadan olan uşaqlar üçün distant tədris prosesi davam etdirilir, həmçinin reabilitasiya məqsədilə onlayn məşğələlər təşkil olunur. Qeyd edək ki, onlayn məşğələlər müəyyənləşdirilmiş qrafik üzrə Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin mütəxəssisləri, həmçinin mərkəzin Defektoloji bölməsinin Ordubad və Şərur rayonlarında yerləşən filialları tərəfindən həyata keçirilir.
5 iyun – Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə müvafiq kateqoriyadan olan uşaqlar üçün keçilən distant dərslər və onlayn məşğələlər təbiət mövzusuna həsr edilib. Dərs və məşğələlər zamanı qeyd olunub ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilir, bu sahədə ardıcıl tədbirlər icra olunur.
Sağlamlıq imkanları məhdud uşaqlar sözügedən mövzuda keçilən dərslərdə fəal iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR