22 Dekabr 2024, Bazar

“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos pandemiya dövrendə sərvətini artıraraq ən yüksək yeni səviyyəyə çatdırıb.

C.Bezos “Amazon.com”dakı səhmlərinin dörddəbirindən imtina etməsinə baxmayaraq, əvvəlki rekordunu da yeniləyə bilib.

Mərkəzi ofisi Sietlda yerləşən şirkətin səhmlərinin dəyəri 4,4 faiz artıraraq rekord göstəriciyə - 2878 dollara çatıb. Nəticədə C.Bezosun sərvətini 171,6 milyard dollar səviyyəsinə yüksəlib.

Xatırladaq ki, əvvəlki rekord 2018-ci il sentyabrın 4-də 167,7 milyard dollar olaraq qeydiyyata alınıb.

C.Bezos təkcə bu il ərzində 56,7 milyard dollar qazanıb.

“Amazon” işçilərinə 500 dolar mükafat vermək üçün 500 milyon dollarlıq bir büdcə ayırıb. C.Bezos şirkətin səhmlərinin 11 faizinə sahibdir və sərvətinin böyük bir hissəsini bu səhmlər təşkil edir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR