22 Dekabr 2024, Bazar

Görüş 1 iyun – Uşaqları Beynəl­xalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Sosial könüllülər əvvəlcə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan uşaqlara göstərilən xidmətlərlə tanış olublar. Könüllülər əmək terapiyasında iştirak edib, uşaqlara yeni əl işlərinin hazırlanmasında köməklik göstəriblər.

Sonra uşaqların istəyinə uyğun olaraq könüllülər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gəliblər. Burada uşaqlar qum terapiyası, bədii tikiş və robo­texnika otaqlarının imkanlarından istifadə edib, rəqs nömrələri göstəriblər.
Tədbir yeni salınan Sahil Parkında gəzinti ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR